Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunan turnirə yekun vurulub

Azərbaycan Həndbol Federasiyasının təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş həndbol üzrə yeniyetmələr arasında ənənəvi rayon turnirinə yekun vurulub.

Göygöl Olimpiya İdman Kompleksində keçirilən yarış maraqlı idman mübarizəsi ilə yadda qalıb. 6 komandanın qatıldığı yarışın nəticələrinə əsasən Gəncə həndbolçuları 1-ci yeri tutublar. Mingəçevir komandası ikinci, Qazax kollektivi isə üçüncü pillədə qərarlaşıb.

Bağlanış mərasimində iştirakçıları uğurlu yarış münasibəti ilə təbrik edən Azərbaycan Həndbol Federasiyasının İdman şöbəsinin rəhbəri İsgəndər Əsgərovla federasiyanın əməkdaşı Fəridə Əliyeva bu cür turnirlərin əhəmiyyətini yüksək qiymətləndirib. Yüksək səviyyəli təşkilatçılığa görə Gənclər və İdman Nazirliyinə və federasiyaya minnətdarlıq ifadə olunub, komandalara qarşıdakı yarışlarda uğurlar arzulanıb. İlk 3 yeri tutan həndbolçulara diplom və toplar, qalib komandanın üzvlərinə idman geyim dəstləri təqdim edilib. Əsasnaməyə görə, qalib və mükafatçılar yeniyetmə həndbolçuların Azərbaycan birincilinin sentyabrda Bakıda keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.

Xatırladaq ki, ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilən yarışda Gəncə, Mingəçevir, Göygöl, Qazax və Ağstafadan ümumilikdə 6 komandasının 70-ə yaxın yeniyetmə həndbolçusu mübarizə aparıb.

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524