U-16 komandamız olimpiya festivalına hazırlığı davam etdirir

Paytaxtımız gələn ay daha bir mötəbər idman tədbirinə ev sahibliyi edəcək. Söhbət təbii ki, Avropa Gənclər Yay Olimpiya Festivalından gedir. İştirakçılar, iyulun 21-də start veriləcək qitə miqyaslı yarışda, 10 idman növü üzrə mükafatçıları müəyyənləşdirəcəklər.

Festivalın proqramına daxil edilən növlərdən biri də həndboldur. Azərbaycan bu idman növü üzrə həm oğlanların, həm də qızların turnirində təmsil olunacaq. Hər iki komandamız festivala yüksək məqsədlər üçün qatılacaq. Hazırlıq proqramına uyğun olaraq, ölkədaxili və xarici təlim-məşq toplanışları, həmçinin müxtəlif turnirlərə qatılan həndbolçularımız festivalın startına kimi funksional və taktiki hazırlığı davam etdirəcəklər.

Bu məqsədlə iyunun 1-dən 7-dək Rusiyanın Tolyatti şəhərində keçirilən beynəlxalq turnirdə iştirak edən oğlanlardan ibarət U-16 komandamızı, qarşıda daha bir toplanış gözləyir. Bu gün Gürcüstan paytaxtına yollanan həndbolçularımız iyunun 21-dən 24-dək yerli komandalarla yoxlama oyunlarında bacarıqlarını göstərəcəklər.

Qeyd edək ki, oğlanlardan ibarət seçmə komandamız olimpiya festivalında Almaniya, Danimarka və Serbiya kollektivləri ilə eyni qrupda yarışacaq.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680