“Qarabağ” uğurlu seriyanı davam etdirir

Qadın həndbolçuların Azərbaycan çempionatında üçüncü turun oyunları da arxada qalıb. Mövsümə inamla start verən “Qarabağ” uğurlu seriyanı davam etdirir. İlk turda “İdman Akademiyası” komandasına, ardınca çempion “Azəryol”a qalib gələn “Qarabağ” “Azərsu” ilə görüşdə də pərəstişkarlarını sevindirib. Gərgin idman mübarizəsi ilə yadda qalan oyun 29:27 hesabı ilə başa çatıb. Ardıcıl üçüncü qələbəsini qazanan “Qarabağ” liderliyi davam etdirir.

Günün digər qarşılaşmasından isə “Azəryol” qalib ayrılıb. “İdman Akademiyası” komandası çox çalışsa da, ölkə çempionunun böyük hesablı qələbəsinə mane ola bilməyib – 42:25.

4-cü turun oyunları noyabrın 6-da keçiriləcək. Həmin gün “Azəryol” “Azərsu” ilə, “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.

Oktyabrın 26-da kişi həndbolçuların çempionatında 3-cü turun görüşləri olacaq. “ABU Arena”da keçiriləcək oyunlarda “Məhsul” – “U-18” kollektivini sınağa çəkəcək. “Təhsil” isə “Bakı” ilə qarşılaşacaq.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680