“Qarabağ” növbəti qələbəni qazandı

Qadın həndbolçuların Azərbaycan çempionatında 6-cı turun oyunları keçirilib. “ABU Arena”nın meydançasına əvvəlcə “Azərsu” və “Qarabağ” komandaları çıxıblar. Çempionata kifayət qədər inamlı başlayan “Qarabağ” bu qarşılaşmada da pərəstişkarlarının etimadını doğruldub. Ciddi müqavimətə baxmayaraq “Azərsu” məğlubiyyətdən qurtula bilməyib – 24:29.

Günün ikinci oyununda isə “Azəryol” “İdman Akademiyası” ilə üz-üzə gəlib. Meydançaya favorit qismində çıxan “Azəryol” növbəti qələbəsini rəsmiləşdirməkdə çətinlik çəkməyib. Nominal ev sahibinin aşkar üstünlüyü ilə yadda qalan görüş, 38:26 hesabı ilə başa çatıb.

Dekabrın 4-də keçiriləcək 7-ci turun oyunlarında, “Azərsu” “Azəryol”la, “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.

Şərh əlavə et

Click here to post a comment

17 + twelve =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 1
23568
9101112131415
16171819202122
23242526272829
3031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Bakı6501195-13410
2Məhsul6501176-13010
3Təhsil6114148-1833
4U-186015135-2071

Qadınlar

SıraKlubOQHMT-FXal
1Qarabağ7601230-18612
2Azəryol7601221-17112
3Azərsu7205200-2044
4İdman Akademiyası7007191-2810