“Qarabağ” liderlə xal fərqinin artmasına imkan vermədi

Qadın həndbolçuların Azərbaycan çempionatında 9-cu turun oyunları keçirilib. İkinci dövrənin son turunda meydançaya əvvəlcə “Qarabağ” və “Azərsu” komandaları çıxıblar. Nominal ev sahibinin favorit sayıldığı görüşdə azarkeşlər gərgin mübarizənin şahidi olublar. Çempionluğa iddialı “Qarabağ” liderlə xal fərqinin artmaması üçün bu oyunda mütləq qalib gəlməli idi. “Azərsu”nun bütün səylərinə rəğmən, rəqib istəyini reallaşdırmağı bacarıb. Daha yüksək əzmkarlıq göstərən “Qarabağ” görüşü qələbə ilə başa vurub – 35:34.

Günün digər matçında isə çempionatın lideri “Azəryol” autsayder “İdman Akademiyası” komandasını sınağa çəkib. “Tələbələr” çox çalışsalar da, növbəti “imtahandan”da məyus ayrılıblar. Qarşılaşma aşkar favoritin qələbəsi ilə nəticələnib – 44:26.

Bu qələbə ilə xal ehtiyatını 16-ya çatdıran “Azəryol” liderliyi davam etdirir. “Qarabağ” ondan 2 xal geri qalır. “Azərsu” 6 xalla üçüncüdür. “İdman Akademiyası” hələ də ilk xalını qazana bilməyib.

Bu qarşılaşmalardan sonra qadınların ölkə çempionatında martın 4-dək fasilə yaranacaq. Yanvarın 15-də isə Azərbaycan kuboku turnirinə start veriləcək. Həmin gün “Azəryol” “Azərsu” ilə, “Qarabağ” isə “İdman Akademiyası” ilə üz-üzə gələcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Avqust 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680