“Qarabağ” da lideri dayandıra bilmədi

Qadın həndbolçuların Azərbaycan çempionatı davam edir. Yarışın 14-cü turu da favoritlərin qələbəsi ilə yekunlaşıb. Amma, çempionluğa iddialı komandalar  növbəti iki xalı fərqli mübarizənin yekununda qazanıblar. “Azəryol” – “İdman Akademiyası” ilə oyunda ciddi müqavimətlə üzləşməyib. Nominal meydança sahibinin tam üstünlüyü ilə keçən görüş 38-23 hesabı ilə başa çatıb.

Çempionatın lideri “Azərsu” ilə  “Qarabağ”ın görüşü  gözlənildiyindən də gərgin alınıb. Maraqlı mübarizə şəraitində keçən oyunun taleyi son dəqiqələrdə həll olunub. Güclü rəqibə qarşı başabaş  oyun nümayiş etdirən “Qarabağ” çox çalışsa da azarkeşlərini sevindirə bilməyib. Son nöqtəni qoymağı bacaran “Azərsu” 25:24 hesablı qələbə ilə  nahaq yerə baş mükafata əsas namizəd sayılmadığını sübut edib.

Aktivinə 28-ci xalı yazdıran “Azərsu” zirvəni qoruyur. Bir oyun az keçirən “Azəryol” liderdən 4 xal geri qalır. 3-cü yerdə qərarlaşan “Qarabağ”ın 14 xalı var. “İdman Akademiyası” və “Olimpiya” komandaları hərəyə 7 xalla sonrakı pillələri bölüşür. “Gənclər Birliyi”nin hələ də xalı yoxdur.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Avqust 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680