Qadın həndbolçuların ölkə çempionatında 8-ci turun oyunları keçirilib

Qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turun görüşləri də maraqlı mübarizə ilə yadda qalıb.“ABU Arena”da təşkil olunan oyunlardan  “Azəryol” – “Azərsu” qarşılaşması daha çox diqqət çəkib. Gərgin mübarizə şəraitində keçən görüşdə çempionluğa əsas namizədin imkanları yüksək qiymətləndirilsə də, yüksək əzmkarlıq göstərən “Azəryol” çətin qələbə qazanıb – 26:22.

“Gənclərbirliyi” – “İdman Akademiyası” matçı nominal qonaqların qələbəsi ilə nəticələnib – 30:32.

“Qarabağ”  komandası isə  həftəsonu Gürcüstanın  “Olimpiya” kollektivi  ilə keçirdiyi hər iki qarşılaşmanı qələbə ilə başa vurub –  33:23 və 42:18.

Məğlubiyyətə baxmayaraq “Azərsu” 14 xalla çempionatın vahid lideridir. Onun ən yaxın izləyicisi “Azəryol” vacib qələbə sayəsində aktivinə 8-ci xalı yazdırıb. Qoşa oyunlarda qələbə çalan “Qarabağ” da eyni xala malikdir. “İdman Akademiyası” növbəti məğlubiyyətlə barışan “Gənclər Birliyi” üzərində qələbə ilə  xal sayını 5-ə çatdırıb.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

Yanvar 2019
BE ÇA Ç CA C Ş B
« Dek    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

OYUN NƏTİCƏLƏRİ

TarixHadisələrZaman/NəticəMəkanMəqalə

XAL CƏDVƏLİ

KİŞİLƏR

SıraKlubOQXal
1Məhsul448
2Bakı436
3Təhsil412
4U-16400

QADINLAR

SıraKlubOQXal
1Azərsu6612
2Azəryol548
3Qarabağ536
4İdman Akademiyası713