Qadın həndbolçuların Azərbaycan çempionatında 11-ci turun növbəti oyunları keçirilib.

ABU Arenada təşkil olunan ilk görüşdə çempionatın favoritlərindən sayılan “Azəryol”la “Gənclər Birliyi” komandası üz-üzə gəlib. Rəqibi əksər göstəricilərdə üstələyən “Azəryol”, pərəstişkarlarını növbəti qələbə ilə sevindirib. Oyun 33:20 hesabı ilə başa çatıb.

Günün digər matçında isə “Qarabağ” və “İdman Akademiyası” komandaları qarşılaşıblar. Gərgin mübarizə şəraitində keçən görüşdə daha yüksək əzmkarlıq nümayiş etdirən “Qarabağ” 36:29 hesabı ilə qələbə çalıb.

Xatırladaq ki, Azərbaycan çempionatının 3-cü dövrəsinə Tbilisidə start verilmişdi. 11-ci turun ilk oyununda “Olimpiya”nın qonağı olan “Azərsu”  yarışda  iştirak edən Gürcüstan həndbolçularına qalib gəlmişdi – 43:21.

12 oyundan 22 xal toplayan “Azərsu” çempionatın lideridir. Əsas rəqibindən bir oyun az keçirən “Azəryol” 20 xalla ikinci pillədədir. “Qarabağ” 14 xalla 3-cü yerdə qərarlaşıb. 4-cü pillənin sahibi Tbilisi “Olimpiya”sının 7 xalı var. “İdman Akademiyası” 5 xalla 5-ci yerdədir. Aktivində xalı olmayan “Gənclər Birliyi” yarışın autsayderidir.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

İyul 2019
BE ÇA Ç CA C Ş B
« Apr    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

OYUN NƏTİCƏLƏRİ

TarixHadisələrZaman/NəticəMəkanMəqalə

XAL CƏDVƏLİ

KİŞİLƏR XI TUR

SıraKlubOQXal
1Bakı121020
2Məhsul121020
3Təhsil1248
4U-161200

YEKUN CƏDVƏL

SıraKlubOQXal
1Azərsu201836
2Azəryol201836
3Qarabağ201020
4İdman Akademiyası20613