Qadın həndbolçulardan ibarət Azərbaycan millisi V İslam Həmrəyliyi Oyunlarına hazırlığı davam etdirir

V İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək qadın həndbolçulardan ibarət Azərbaycan millisinin hazırlığı davam edir.

Avqustda keçiriləcək yarışlara hazırlaşan komanda hazırlığın ilkin mərhələsinə mayın 15-də Bakıda start verib. İyirmi iki həndbolçunun cəlb olunduğu toplanışa baş məşqçi Slavisa Ristiçeviç rəhbərlik edir.  Köməkçi məşqçi Fuad Yangildindir. Məşqlər “Sərhədçi” Olimpiya İdman Mərkəzi və “Dinamo” İdman Cəmiyyətində keçirilir.

İyunun 15-də Bakıda yekunlaşacaq toplanış, ardınca ölkə xaricində davam etdiriləcək. Milli iyunun 24-dək Gürcüstanda hazırlıq keçəcək. Həmin təlim-məşq toplanışında bir neçə yoxlama oyununun keçirilməsi planlaşdırılır.

Hazırlıq planına əsasən, seçmə komanda digər toplanışlara da qatılacaq.

Qeyd edək ki, 9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində keçiriləcək İslam Oyunlarındakı rəqiblər  hələlik məlum deyil.

Şərh əlavə et

Click here to post a comment

six − four =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524