Qadın həndbolçular kubok mübarizəsinə başladılar

Qadın həndbolçuların Azərbaycan kuboku turnirinə start verilib. “ABU Arena”da keçirilən yarışın ilk oyun günündə “Azərsu” “Azəryol”la, “Qarabağ” isə “İdman Akademiyası” ilə qarşılaşıb.

Turnirin açılış matçı daha böyük maraqla gözlənilirdi. Söhbət təbii ki, “Azərsu” ilə ölkə çempionatının lideri “Azəryol”un görüşündən gedir. Bu oyunda əksəriyyət nominal qonaqların qələbəsinə inansa da, mülahizələr doğrulmayıb. Kifayət qədər gərgin mübarizə ilə yadda qalan qarşılaşmada “Azərsu” komandası qələbə qazanmağı bacarıb – 27:26.

Günün ikinci görüşündə isə gözlənilməz nəticə qeydə alınmayıb. Oyunun şəksiz favoriti sayılan “Qarabağ” “İdman Akademiyası” komandasına asanlıqla qalib gəlib – 35:20.

Qadın həndbolçuların kubok yarışının növbəti oyunları yanvarın 22-də keçiriləcək. Həmin gün “Azəryol” “Qarabağ”la, “İdman Akademiyası” “Azərsu” ilə qarşılaşacaq.

Yanvarın 18-də isə kişi həndbolçuların ölkə kuboku turnirinin ikinci görüşləri olacaq. Söhbət U-18 – “Təhsil” və “Məhsul” – “Bakı” matçından gedir.

Qeyd edək ki, yarışın yarımfinal mərhələsi aprel ayına təyin olunub. Qalib komandaların adına isə mayın 2-də keçiriləcək həlledici görüşlərdə aydınlıq gətiriləcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680