Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının akt zalında keçirilən tədbirdə gənclər və idman naziri Fərid Qayıbov Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı müxtəlif sərəncamlarla təltif edilmiş bir qrup şəxsə dövlət mükafatlarını təqdim edib.
Təltif olunanlar sırasında Gənclər və İdman Nazirliyinin əməkdaşı, Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov da yer alıb. Dövlət qulluğunda səmərəli fəaliyyətinə görə, Abbasov Orxan Vilayət oğluna “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olunub.
Şərh əlavə et