Kişi həndbolçuların Azərbaycan kuboku turnirində mübarizə davam edir. Həftəsonu yarışda daha 3 görüş keçirilib. Baş mükafata əsas namizəd sayılan “Bakı” növbəti qələbəni U-16 üzərində qazanıb – 39:20.
“Təhsil” komandası “Məhsul”a 22:24 hesabı ilə uduzduğu halda, U-16 kollektivinə qalib gəlib – 35:21.
Kişilərin turnirində yarımfinalçıların adına “Məhsul” – “Bakı” görüşündən sonra aydınlıq gətiriləcək.
Qeyd edək ki, Azərbaycan kubokunun yarımfinal mərhələsi gələn ilin mart ayında təşkil olunacaq.