Ölkə çempionu uğurlu çıxışlarını davam etdirir

Oktyabrın 28-də kişi həndbolçuların Azərbaycan çempionatında 2-ci turun oyunları keçirilib.

“Məhsul” kollektivi ilə U-16 komandasının görüşündə nominal meydança sahiblərinin imkanları daha yüksək qiymətləndirilirdi. Mülahizələri doğruldan “Məhsul” çempionata daha çox təcrübə toplamaq məqsədi ilə qatılan rəqibi üzərində inamlı qələbə qazanıb – 34:15.

Yarışın əsas favoriti sayılan “Bakı” da turu qələbə ilə başa vurub. Ölkə çempionu bu dəfə “Təhsil” komandası ilə qarşılaşıb. Gözlənildiyi kimi “Bakı”nın üstünlüyü şəraitində keçən oyun 32:23 hesabı ilə nəticələnib.

NÖVBƏTİ OYUN

Qarabağ - İdman Akademiyası

ABU ARENA

OYUN TƏQVİMİ

Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 12
5789
121315161718
19202122232425
2627282930  

OYUN NƏTİCƏLƏRİ

BİZİ İZLƏYİN

ANONS