Ölkə çempionu mübarizəyə inamlı qələbə ilə başlayıb

Kişi həndbolçuların Azərbaycan çempionatında mübarizəyə start verilib.
İlk turun bu gün keçirilən “Təhsil” – “Məhsul” görüşü daha maraqlı alınıb. Gözlənildiyi kimi gərgin mübarizə şəraitində keçən oyunda “Məhsul” komandasının imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. “Təhsil” rəqibə ciddi müqavimət göstərməsinə baxmayaraq, məğlubiyyətlə barışmalı olub – 25:28.
Günün digər oyununda isə  ölkə çempionu “Bakı” gözlənildiyi kimi “U-16” komandası üzərində inamlı qələbə qazanıb. Yeniyetmə həndbolçular daha təcrübəli rəqibə 14:54 hesabı ilə uduzublar.