Ölkə çempionu ilk məğlubiyyətlə barışdı

Kişi həndbolçuların Azərbaycan çempionatında 5-ci turun oyunları da maraqlı mübarizə ilə yadda qalıb. Bu turadək qələbələri sıralayan “Məhsul” “Bakı” ilə növbəti görüşə də favorit qismində çıxmışdı. Amma ölkə çempionu istəyini reallaşdıra bilməyib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada nominal ev sahibinin imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Görüş 23:19 hesabı ilə “Bakı”nın xeyrinə nəticələnib.

“Təhsil” – U-18 görüşü ikincilər üçün əlamətdar olub. Keçirdiyi bütün oyunlarda məğlubiyyətlə barışan U-18 komandası, nəhayət aktivinə ilk xalı yazdırmağı bacarıb. Hər iki tərəfin cəhdlərinə rəğmən oyunda qalib müəyyənləşməyib – 28:28.

Turu qələbə ilə başa vuran “Bakı” “Məhsul”la xalları bərabərləşdirib. İndi hər iki komandanın aktivində 8 xal var. “Təhsil” 3 xalla 3-cü pillədədir. Autsayder U-18-in 1 xalı var.

Noyabrın 23-də keçiriləcək 5-ci turun oyunlarında “Bakı” “Təhsil”lə, U-18 “Məhsul”la üz-üzə gələcək.

Şərh əlavə et

Click here to post a comment

5 × one =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 1
23568
9101112131415
16171819202122
23242526272829
3031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Bakı6501195-13410
2Məhsul6501176-13010
3Təhsil6114148-1833
4U-186015135-2071

Qadınlar

SıraKlubOQHMT-FXal
1Qarabağ7601230-18612
2Azəryol7601221-17112
3Azərsu7205200-2044
4İdman Akademiyası7007191-2810