Ölkə çempionu əsas rəqibinə qalib gəldi

Kişi həndbolçuların Azərbaycan çempionatında ikinci turun oyunları olub. “ABU Arena”nın meydançasına əvvəlcə “U-18” və “Təhsil” komandaları çıxıblar. Gərgin mübarizə ilə yadda qalan qarşılaşmada qapılara 54 qol vurulub. Daha yüksək əzmkarlıq nümayiş etdirən “Təhsil” komandası görüşü qələbə ilə başa vurub – 29:25.

Günün ikinci oyununda “Məhsul” “Bakı” ilə üz-üzə gəlib. Daha böyük maraqla gözlənilən qarşılaşmada ölkə çempionunun imkanları yüksək qiymətləndirilirdi. Bu cür düşünənlər yanılmayıblar. Amma, “Məhsul”un asan qələbə qazandığını da söyləmək olmaz. Rəqibə kifayət qədər ciddi müqavimət göstərən “Bakı” cəmi 3 top fərqi ilə məğlub olub. 23:26.

Üçüncü turun görüşləri oktyabrın 26-da keçiriləcək. Həmin gün “Məhsul” “U-18” komandasını, “Bakı” kollektivi  “Təhsil”i sınağa çəkəcək.

Oktyabrın 23-də isə  qadın həndbolçuların ölkə çempionatında növbəti turun oyunları olacaq. “Qarabağ” “Azərsu” ilə, “Azəryol” isə “İdman Akademiyası” ilə qarşılaşacaq.

 

Şərh əlavə et

Click here to post a comment

19 − 16 =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680