Olimpiya Festivalında həndbolçu qızların turnirinin ikinci günü də arxada qalıb

“EYOF Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında həndbol yarışları davam edir. İkinci oyun günündə 4 qarşılaşma olub. Qızların turnirində A qrupunun favoritləri sayılan Fransa və Rumıniya komandaları qələbə qazanıblar.

A qrupu

Fransa – İspaniya 23:13

Rumıniya – Hollandiya 32:25.

B qrupunun görüşlərində isə Macarıstan və İsveçrə həndbolçuları qalib gəliblər.

B qrupu

Azərbaycan – Macarıstan 23:47

İsveçrə  – Çexiya 40:24

İki turdan sonra aktivində 3 xalı olan Rumıniya millisi A qrupunun lideridir. Hərəyə 2 xal toplayan Hollandiya və Fransa komandaları 2-ci, 3-cü pilləni bölüşürlər. İspaniya 1 xalla autsayderdir.

B qrupunda İsveçrə və Macarıstan hərəyə 4 xalla şərikli liderdir. Çexiya və Azərbaycan seçmələri hələ ki xal qazana bilməyiblər.

Qeyd edək ki, Bakı İdman Sarayı və “ABU Arena”da keçirilən həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Oktyabr 2019
BE ÇA Ç CA C Ş B
     
 123456
78101113
141517181920
21222324252627
28293031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Bakı1100-2
1Məhsul1100-2
3Təhsil1001-0
3U-181001-0

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol1100-2
1Qarabağ1100-2
3Azərsu1001-0
3İdman Akademiyası1001-0