Olimpiya festivalında həndbol turniri yekunlaşıb

Paytaxtımızda başa çatan XV Avropa Gənclər Olimpiya Festivalında həndbol yarışlarının da qalib və mükafatçıları  müəyyənləşib.

Oğlanların final matçında Xorvatiya və Almaniya komandaları üz-üzə gəliblər. Gərgin və maraqlı idman mübarizəsi ilə yadda qalan oyunda 29:28 hesabı ilə qalib gələn Xorvatiya millisi baş mükafata sahib çıxıb.

Üçüncü yer uğrunda görüşdə isə Fransa seçməsi Danimarka kollektivini məğlub edib – 28:21.

5-6-cı yerlərin sahibini müəyyənləşdirən İslandiya  –  Sloveniya matçı 24:17 hesabı ilə islandiyalıların xeyrinə nəticələnib. 7-8-ci yerlər uğrunda keçirilən Azərbaycan  – Serbiya görüşü isə, 14:35 hesabı ilə nəticələnib.

Qızların final qarşılaşmasında Hollandiya və Fransa milliləri münasibətləri aydınlaşdırıblar. Daha yüksək əzmkarlıq göstərən fransalılar 23:21 hesablı qələbə ilə qızıl medallara layiq görülüblər.

İsveçrə millisinə 30:20 hesabı ilə qalib gələn Macarıstan komandası 3-cü yeri tutub.

5-6-cı yerlər uğrunda görüş Rumıniya millisinin İspaniya həndbolçuları üzərində 29:20 hesablı qələbəsi ilə yekunlaşıb.

7-8-ci yerlərin sahibini müəyyənləşdirən qarşılaşmda isə Çexiya seçməsi Azərbaycan komandasına qalib gəlib – 42:13.

Xatırladaq ki, “EYOF Bakı 2019”-un ABU Arena və Bakı İdman Sarayında keçirilən həndbol yarışlarında həm qızlar, həm də oğlanlardan ibarət səkkiz komanda iki qrupda mübarizə aparırdı.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

İyun 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680