Olimpiya festivalında finalçılar müəyyənləşib

XV Avropa Gənclər Yay Olimpiya Festivalında həndbol turniri sona yaxınlaşır. Yarışın 6-cı günündə finalçılar və 5-8-ci yerlər uğrunda görüşəcək komandalar müəyyənləşib.

Qızların yarımfinal görüşlərində Hollandiya və Fransa komandaları qələbə qazanıblar.

Hollandiya – İsveçrə 23:19

Fransa  – Macarıstan 26:24

5-8-ci yerlər uğrunda qarşılaşmalar isə Rumıniya və İspaniya millilərinin xeyrinə nəticələnib.

Rumıniya – Azərbaycan 35:22

İspaniya – Çexiya 21:20

Oğlanların yarımfinal qarşılaşmalarında Xorvatiya və Almaniya həndbolçuları etimadı doğruldublar.

Xorvatiya – Danimarka 42:39

Almaniya – Fransa 30:25

5-8-ci yerlər uğrunda görüşlərdə isə Sloveniya və İslandiya komandalarının imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar.

Sloveniya – Serbiya 24:22

İslandiya – Azərbaycan 48:11

Bu nəticələrə əsasən, iyulun 27-də qızların turnirində Hollandiya və Fransa baş mükafatın sahibini müəyyənləşdirəcək. Üçüncü yer uğrunda görüşdə İsveçrə və Macarıstan üz-üzə gələcək.

Rumıniya və İspaniya 5-6-cı yerlər, Azərbaycan və Çexiya  7-8-ci yerlər uğrunda oyuna çıxacaq.

Oğlanların mübarizəsində Xorvatiya və Almaniya komandaları finalda qarşılaşacaqlar. Bürünc medalların sahibi Danimarka  – Fransa görüşündə məlum olacaq. Sloveniya və İslandiya 5-6-cı, Serbiya və Azərbaycan komandaları isə 7-8-ci yerlər uğrunda görüşdə üz-üzə gələcəklər.