Milli komandamız Maltaya yollanır

Kişi həndbolçulardan ibarət milli komandamız ciddi sınaq qarşısındadır.

Həndbolçularımızı 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizə gözləyir. 

Azərbaycan seçməsi sabah bu məqsədlə Maltaya yola düşəcək.

Xatırladaq ki, 2018-ci il sentyabrın 28-də Vyanada keçirilən püşkatmanın nəticəsinə əsasən,

 “B” qrupunda qərarlaşan Azərbaycan seçməsi, Kipr, Gürcüstan və Malta kollektivləri ilə yarışacaq.

Millimizin yer aldığı qrupun görüşləri Maltada təşkil olunacaq. Yanvarın 11-də Kiprlə qarşılaşacaq həndbolçularımız  ertəsi gün Gürcüstanla, ayın 13-də isə Malta ilə  üz-üzə gələcəklər. Qarşılaşmalar Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçiriləcək.

Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə yalnız qrup qalibləri vəsiqə qazanacaqlar.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

Dekabr 2018
BE ÇA Ç CA C Ş B
« Noy   Fev »
 12
34567
10111213
171819202122
24252627282930
31  

OYUN NƏTİCƏLƏRİ

TarixHadisələrZaman/NəticəMəkanMəqalə

XAL CƏDVƏLİ

KİŞİLƏR XI TUR

SıraKlubOQXal
1Məhsul111020
2Bakı11918
3Təhsil1136
4U-161100

QADINLAR XVII TUR

SıraKlubOQXal
1Azərsu171632
2Azəryol181632
3Qarabağ16918
4İdman Akademiyası1537