Milli komandamız Malta sınaqlarını başa vurdu

Kişi həndbolçulardan ibarət milli komandamız 2022-ci ildə Macarıstan və Slovakiyada təşkil olunacaq Avropa çempionatının ilkin təsnifat mərhələsində mübarizəni başa vurub.

“B” qrupunun Maltada təşkil olunan oyunlarında, komandamızın rəqibləri Kipr, Gürcüstan və ev sahibi – Malta kollektivi olub.

Yanvarın 11-də Kiprlə qarşılaşan həndbolçularımız 17:25 hesabı ilə uduzublar.

Ertəsi gün Gürcüstanla görüşən komandamız  bərabər mübarizə şəraitində keçən qarşılaşmanın sonlarında rəqibin fərqlənməsinə mane ola bilməyib – 25:30.

Yanvarın 13-də isə həndbolçularımız Malta seçməsi ilə üz-üzə gəliblər. Kospikua şəhərinin “Kottonera Sports Kompleks” arenasında keçirilən oyun gərgin mübarizə ilə yadda qalıb. İlk hissəni 16-11 hesabı ilə başa vuran Azərbaycan millisi qalan vaxtda da üstünlüyü əldən verməyərək, 27:24 hesablı qələbə qazanıb.

Qeyd edək ki, 2022-ci il Avropa çempionatının növbəti təsnifat mərhələsinə qrup qalibi olan Kipr komandası yüksəlib.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

Yanvar 2019
BE ÇA Ç CA C Ş B
« Dek    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

OYUN NƏTİCƏLƏRİ

TarixHadisələrZaman/NəticəMəkanMəqalə

XAL CƏDVƏLİ

KİŞİLƏR

SıraKlubOQXal
1Məhsul448
2Bakı436
3Təhsil412
4U-16400

QADINLAR

SıraKlubOQXal
1Azərsu6612
2Azəryol548
3Qarabağ536
4İdman Akademiyası713