Məktəblilər arasında həndbol üzrə turnir başa çatıb

Səbail rayon məktəbliləri arasında, Ümummillli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə hərs olunan həndbol turnirinə yekun vurulub. ABU Arenada keçirilən yarışda rayonun 10 təhsil ocağının komandası mübarizə aparıb. Iki gün davam edən turnirin finalında 160 saylı klassik gimnaziya və 236 nömrəli orta məktəbin şagirdləri bacarıqlarını göstəriblər. Daha yaxşı oyun nümayiş etdirən gimnaziyaçılar 10-2 hesablı qələbə ilə turnirin qalibi adını qazanıblar.

Üçüncü yer uğrunda görüşdə isə, 49 saylı İntellekt liseyin komandası 51 nömrəli orta məktəbin şagirdlərinə 2-1 hesabı ilə qalib gəlib. Fərqlənən komandaların üzvlərinə diplom, medal və hədiyyələr təqdim olunub.

Mükafatlandırma mərasimində iştirakçıları salamlayan Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov, yeniyetmələrdə həndbola marağın artırılması, kütləviliyin təmin olunması baxımından bu cür turnirlərin əhəmiyyətini yüksək qiymətləndirib.

Qeyd edək ki, yarış, Azərbaycan Həndbol Federasiyası və Səbail Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə keçirilib.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Bakı1100-2
1Məhsul1100-2
3Təhsil1001-0
3U-181001-0

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol1100-2
1Qarabağ1100-2
3Azərsu1001-0
3İdman Akademiyası1001-0