“Məhsul” qələbə seriyasını davam etdirir

Kişi həndbolçuların Azərbaycan çempionatında 4-cü turun görüşləri keçirilib. Yarışın əsas favoriti sayılan “Məhsul” “Təhsil”lə oyunda da azarkeşlərini sevindirib. Son ölkə çempionu rəqibin müqavimətini qırmaqda çətinlik çəkməyib. Qarşılaşma 38:22 hesabı ilə “Məhsul”un xeyrinə nəticələnib.

Günün digər matçında da imkanları yüksək qiymətləndirilən komanda qalib gəlib. U-18 – “Bakı” görüşündə nominal ev sahibi çox çalışsa da daha təcrübəli rəqibin inamlı qələbəsinə mane ola bilməyib. 42:22.

Kişilərin ölkə çempionatında növbəti turun oyunları noyabrın 16-da keçiriləcək. Həmin gün “Bakı” “Məhsul”la, “Təhsil” U-18-lə üz-üzə gələcək.

Aktivində 8 xalı olan “Məhsul” yarış cədvəlinin şəriksiz lideridir. “Bakı” ondan iki xal geri qalır. “Təhsil” iki xalla üçüncü pillədə qərarlaşıb. U-18 komandasının hələ də xalı yoxdur.

 

Şərh əlavə et

Click here to post a comment

3 × 3 =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680