“Məhsul” liderliyi davam etdirir

Kişi həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb. 10-cu turun ilk görüşündə “Məhsul” və  “Təhsil” komandaları üz-üzə gəliblər. Meydançaya qələbə üçün çıxan “Məhsul”  İlk dəqiqələrdən üstünlüyü ələ alaraq matçı qələbə ilə başa vurub – 33:24.

Günün digər oyununda  “Bakı” U-18 komandasını sınağa çəkib. U-18 çox çalışsa da, rəqibin kəsərli həmlələrini zərərsizləşdirə biməyib. Daha inamlı oyun nümayiş etdirən “Bakı” azarkeşlərinin etimadını doğruldub – 35:22.

Növbəti qələbəsini qazanan “Məhsul” komandası 18 xalla çempionatın vahid lideridir. “Bakı” ondan iki xal geri qalır. Üçüncü pillənin sahibi “Təhsil”in aktivində 3 xal var. U-18 1 xalla yarış cədvəlinin autsayderidir.

Fevralın 15-inə təyin olunan 11-ci turda azarkeşlər “Bakı”  – “Məhsul” “Təhsil” – U-18 görüşlərinin şahidi olacaqlar.

Fevralın 12-də isə qadın həndbolçuların ölkə çempionatında növbəti oyunlar keçiriləcək. Həmin gün “Qarabağ” “Azəryol”la, “Azərsu”  “İdman Akademiyası” ilə üz-üzə gələcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Sentyabr 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 123456
78910111213
14151617181920
21222324252627
282930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680