“Məhsul”  əsas rəqibini üstələdi

Kişi həndbolçuların Azərbaycan kuboku turniri davam edir. Yarışın əsas favoriti sayılan “Məhsul” bu tur “Bakı” komandası ilə qarşılaşıb. Kubok mübarizəsinə qələbə ilə başlayan rəqiblərin oyunu böyük maraqla gözlənilirdi. Bu görüş qrup liderini müəyyənləşdirmək baxımından həlledici xarakter daşıyırdı. Rəqibin ciddi müqavimətinə rəğmən, oyunu qələbə ilə bitirən “Məhsul” qarşıya qoyulan tapşırığı yerinə yetirib – 32:29.
Günün digər matçında meydançaya “Təhsil” və U-18 komandaları çıxıblar. Startı uğursuz alınan rəqiblərin növbəti görüşündə birincilərin qələbəsinə inananlar yanılmayıblar. “Təhsil”in üstünlüyü şəraitində keçən qarşılaşma 36:17 hesabı ilə başa çatıb.
Yanvarın 25-də keçiriləcək “Məhsul” – U-18 və “Təhsil” – “Bakı” görüşləri ilə qrup mərhələsinə yekun vurulacaq.
Sabah isə qadınlardan ibarət komandalar ikinci oyunlarını keçirəcəklər.
“ABU Arena”nın meydançasında “Azəryol” “Qarabağ”la, “Azərsu” “İdman Akademiyası” ilə üz-üzə gələcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

İyul 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680