Liderlərin mübarizəsindən “Məhsul” qalib ayrılıb

Kişi həndbolçuların Azərbaycan çempionatında növbəti qarşılaşmalar olub. 8-ci turun ilk oyununda U-18 və “Təhsil” komandaları üz-üzə gəliblər.

Gərgin mübarizə şəraitində keçən görüş nominal qonaqların qələbəsi ilə nəticələnib. Çempionatın autsayderi çox çalışsa da, növbəti məğlubiyyətdən qurtula bilməyib –  24:27.

Günün ikinci görüşü daha böyük maraqla gözlənilirdi – “Məhsul” – “Bakı”. Bu tur ərəfəsində eyni xala malik olan rəqiblərin oyunu gərgin mübarizədən xəbər verirdi. Bu cür düşünənlər yanılmayıblar. Çempionluğa əsas namizədlərin növbəti duelində də azarkeşlər maraqlı idman tamaşasının şahidi olublar. Qarşılıqlı hücumlardan daha səmərəli faydalanan “Məhsul” görüşü qələbə ilə başa vurub – 28:25.

Əsas rəqibi üzərində qələbə qazanan “Məhsul” 14 xalla çempionatın lideridir. “Bakı” 12 xalla ikici yerdə qərarlaşıb. “Təhsil” 3 xalla 3-ci pillənin sahibidir. U-18 komandasının aktivində isə cəmi 1 xal var.

Dekabrın 21-də keçiriləcək 9-cu turun oyunlarında “Məhsul” U-18 komandasını, “Bakı” isə “Təhsil”i sınağa çəkəcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Avqust 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680