Lider mövqeyini bir qədər də möhkəmlədib

Noyabrın 3-də qadın həndbolçuların Azərbaycan çempionatında növbəti turun oyunları keçirilib.
Günün ilk görüşündə çempionatın lideri “Azərsu” “İdman Akademiyası” komandasını sınağa çəkib. Nominal meydança sahibinin üstünlüyü ilə keçən qarşılaşmada sürpriz qeydə alınmayıb. Daha inamlı oyun göstərən “Azərsu”, 20 top fərqi ilə qalib gəlib – 38:18.
Yarışın autsayderi – “Gənclər Birliyi”nin “qara zolaqdan” qurtulmaq cəhdi bu dəfə də alınmayıb. “Qarabağ”ın kəskin həmlələrini dəf etməkdə çətinlik çəkən “Gənclər Birliyi”, 22:44 hesabı ilə uduzub.
“Azərsu” 6 oyundan maksimum nəticə ilə çempionatın vahid lideridir. Ondan 3 oyun az keçirən “Azəryol” 4 xalla ikinci pillədə qərarlaşıb. Eyni xalı 4 oyuna qazanan “Qarabağ” 3-cü yerdədir. “Olimpiya” ilə “İdman Akademiyası” hərəyə 3 xalla 4-cü – 5-ci yerləri bölüşür. Aktivinə hələ ki, xal yazdıra bilməyən “Gənclər Birliyi” yarışın autsayderidir

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

Yanvar 2019
BE ÇA Ç CA C Ş B
« Dek    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

OYUN NƏTİCƏLƏRİ

TarixHadisələrZaman/NəticəMəkanMəqalə

XAL CƏDVƏLİ

KİŞİLƏR

SıraKlubOQXal
1Məhsul448
2Bakı436
3Təhsil412
4U-16400

QADINLAR

SıraKlubOQXal
1Azərsu6612
2Azəryol548
3Qarabağ536
4İdman Akademiyası713