Kişi həndbolçuların da Azərbaycan çempionatına start verildi

Qadın həndbolçuların ardınca, kişilərdən ibarət komandaların da ölkə çempionatında mübarizə başlayıb. Açılış matçında son ölkə çempionu “Məhsul” “Təhsil” komandası ilə qarşılaşıb. Ciddi müqavimət göstərməyə çalışan “Təhsil”, bütün səylərə rəğmən, məğlubiyyətdən yaxa qurtara bilməyib. Görüş 27:22 hesabı ilə “Məhsul”un xeyrinə nəticələnib.

Günün digər oyununda isə “Bakı” U-18 kollektivini sınağa çəkib. Görüş nominal ev sahiblərinin diqtəsi ilə keçib. Gözlənildiyi kimi, rəqibi bütün kompanentlərdə üstələyən “Bakı” 42:20 hesabı ilə qələbə qazanıb. Kişilərin çempionatında ikinci turun görüşləri oktyabrın 19-da keçiriləcək. Həmin gün “Məhsul” “Bakı” ilə, U-18 “Təhsil” ilə üz-üzə gələcək.

Oktyabrın 16-də isə, qadınların mübarizəsində ikinci turun qarşılaşmaları olacaq. Meydançaya əvvəlcə “Azəryol” və “Qarabağ” komandaları çıxacaqlar. Tura “İdman Akademiyası – “Azərsu” görüşü ilə yekun vurulacaq.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680