“İdman Akademiyası” “Olimpiya” ilə oyunda qələbəni son anda əldən verib

Oktyabrın 24-də qadın həndbolçuların Azərbaycan çempionatında bir oyun keçirilib. Tbilisidə təşkil olunan görüşdə Gürcüstanın “Olimpiya” kollektivi ilə Bakının “İdman Akademiyası” komandası üz-üzə gəlib.

Hakimlər Famil Qasımovla Eldar Əmirovun idarə etdiyi oyunda qalib müəyyənləşməyib. Baxmayaraq ki, gərgin və maraqlı mübarizə ilə yadda qalan görüşdə “İdman Akademiyası” qələbəyə yaxın olub. Matçın sonlarında rəqibi bir xal qabaqlayan Bakı həndbolçuları üstünlüyü qoruya bilməyiblər. Meydança sahiblərinin final fitinə az qalmış yerinə yetirdiyi 7 metrlik cərimə zərbəsi  matçın yekun nəticəsini rəsmiləşdirib – 24:24.

Komandalar oktyabrın 26-da yenidən qarşılaşacaqlar.

Xatırladaq ki, razılaşmaya əsasən, Azərbaycan çempionatında mübarizə aparan Gürcüstanın “Olimpiya” komandası, 20 oyundan 10-nu Bakıda, qalanlarını isə Tbilisidə keçirəcək.

NÖVBƏTİ OYUN

Qarabağ - İdman Akademiyası

ABU ARENA

OYUN TƏQVİMİ

Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 12
5789
121315161718
19202122232425
2627282930  

OYUN NƏTİCƏLƏRİ

BİZİ İZLƏYİN

ANONS