“İdman Akademiyası” komandası Gürcüstana yola düşüb

Oktyabrın 25-i və 26-sı qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunlar olacaq.

Tbilisidə keçiriləcək qarşılaşmalarda Gürcüstanın “Olimpiya” kollektivi ilə Bakının “İdman Akademiyası” komandası üz-üzə gələcək.

Sabah yerli vaxtla 18:00-da başlanacaq görüşə “Olimpiya” nominal meydança sahibi kimi çıxacaq. Bu qarşılaşmanın idarəçiliyi hakimlər Famil Qasımovla Eldar Əmirova həvalə olunub.

Oktyabrın 26-da saat 13:00-da nəzərdə tutulan görüşü isə gürcüstanlı hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, razılaşmaya əsasən Azərbaycan çempionatında mübarizə aparan Gürcüstanın “Olimpiya” komandası 20 oyundan 10-nu Bakıda, 10-nu isə Tbilisidə keçirəcək.

NÖVBƏTİ OYUN

Qarabağ - İdman Akademiyası

ABU ARENA

OYUN TƏQVİMİ

Noyabr 2018
BE ÇA Ç CA C Ş B
« Okt    
 12
5789
121315161718
19202122232425
2627282930  

OYUN NƏTİCƏLƏRİ

BİZİ İZLƏYİN

ANONS