Həndbolçularımız Rusiyada keçiriləcək beynəlxalq turnirdə iştirak edəcək

İyunun 1-dən 7-dək Rusiyanın Samara vilayətinin Tolyatti şəhərində həndbol üzrə turnir keçiriləcək.
Yarışda həndbol üzrə oğlanlardan ibarət milli komandamız iştirak edəcək.
Beynəlxalq turnirdə iştirakın əsas məqsədi iyulda Bakıda keçiriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalına hazırlıqdır.