Kişilərdən ibarət həndbol millimiz daha bir ciddi sınaq qarşısındadır. Seçmə komandamız iyun ayında Gürcüstanın paytaxtı Tbilisidə təşkil olunacaq Trofi turnirinə hazırlaşır.
Bakıda start verilən təlim-məşq toplanışını başa vuran həndbolçularımız mayın 5-dən etibarən Gürcüstan paytaxtındadırlar. Baş məşqçi Vidadi Əliyevin rəhbərliyi ilə Tbilisiyə yollanan milli, mayın 21-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində yerli komandalarla yoxlama görüşlərində də qüvvəsini sınayır.
Xatırladaq ki, bütün bunlar Tbilisidə təşkil olunacaq Trofi turnirində ölkəmizi layiqincə təmsil etmək məqsədi daşıyır. 14-19 iyun tarixlərində keçiriləcək yarışda komandamızın rəqibləri Böyük Britaniya, İrlandiya, Bolqarıstan, Gürcüstan, Kipr, Moldova, Malta və Ermənistan seçmə komandaları olacaq.
Şərh əlavə et