Həndbolçularımız açıq havada məşqləri davam etdirirlər

Koronavirus pandemiyası ilə əlaqədar qapalı idman qurğularında məşqlərə və yarışlara qadağa tətbiq olunduğundan idmançılar açıq məkanlarda hazırlığı davam etdirirlər.

Bu səbəbdən həndbol üzrə ölkə çempionatlarına da hələ ki, start verilməyib. Komandalarımız Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda yeni mövsümə hazırlıq prosesi keçirlər.

Sentyabr ayından başlanan məşqlərdə 8 komanda iştirak edir. Qadınlardan ibarət “Azəryol”, “Azərsu”, “Qarabağ” və “İdman Akademiyası”, kişilərdən ibarət “Məhsul”, “Təhsil”, “Bakı” və U-18 komandaları həftədə bir neçə dəfə olmaqla məşqə çıxırlar. Məqsəd ölkə çempionatının startınadək idmançıların fiziki bacarıqlarının lazımı səviyyəyə çatdırılmasıdır.

İşğal altında olan torpaqlarımız uğrunda gedən Vətən müharibəsində ordumuzun qazandığı qələbələr, bütün idman ictimaiyyəti kimi həndbolçularımızı da ruhlandırıb. Onlar da, müzəffər Azərbaycan ordusuna dəstəklərini ifadə ediblər.

Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Noyabr 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680