Kişi həndbolçulardan ibarət milli komanda təlim-məşq toplanışındadır. Həndbolçularımız mayın 16-dan bir araya gəliblər. Ölkə çempionatında göstərdiyi oyunla əsas komandaya layiq olduğunu sübut edən 18 həndbolçu baş məşqçi Nasser Salimi və məşqçi Eldar Fərəcovun rəhbərliyi ilə qarşıdakı beynəlxalq yarışlara hazırlığı davam etdirir.
Qeyd edək ki, Bakıda keçirilən toplanışın əsas məqsədi hədbolçuların fiziki, texniki və taktiki keyfiyyətlərinin artırılması, komandanın qarşıdakı beynəlxaq yarışlar ərəfəsində hazır vəziyyətə gətirilməsidir.
Şərh əlavə et