Həndbol üzrə XXVII ölkə çempionatı başladı

Həndbol üzrə Azərbaycan çempionatının yeni mövsümünə qadınların mübarizəsi ilə start verilib.  Yarışın ilk oyununda  “Azərsu” və “Azəryol” komandaları üz-üzə gəliblər. Mövsümün start matçında son çempionun imkanları daha yüksək qiymətləndirilirdi. Bu cür düşünənlər yanılmayıblar. “Azərsu”nun ciddi müqavimətinə baxmayaraq, görüş 29:18 hesabı ilə “Azəryol”un qələbəsi ilə nəticələnib.

İlk oyun gününün digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası” komandasını sınağa çəkib. Maraqlı mübarizə şəraitində keçən görüşdə  “Qarabağ” qələbə qazanıb   – 35:21.

Qeyd edək ki, kişilərdən ibarət komandaların mübarizəsinə oktyabrın 12-də start veriləcək. Həndbol həvəskarları ilk turda “Təhsil” “Məhsul” və “Bakı” – U-18 qarşılaşmalarını izləyə bilərlər. Görüşlər müvafiq olaraq, 17:00 və 19:00-da başlanacaq.

Azərbaycan çempionatının bütün oyunları “ABU Arena”da keçiriləcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680