Həndbol üzrə XXVII Azərbaycan çempionatına start verilir

Oktyabr ayının 9-da həndbol üzrə növbəti ölkə çempionatına start veriləcək. Budəfəki yarışlarda 8 komanda bacarığını göstərəcək.

Kişilərin çempionatında “Məhsul”, “Bakı”, “Təhsil” və “U-18” qələbə uğrunda mübarizə aparacaq.

Qadınların yarışında isə “Azəryol”, “Azərsu”, “Qarabağ” və “İdman Akademiyası” kollektivləri qüvvəsini sınayacaq.

XXVII Azərbaycan çempionatı oktyabrın 9-da saat 13:00-da “Azərsu” – “Azəryol” görüşü ilə başlanacaq. Həmin gün saat 15:00-da “Qarabağ” “İdman Akademiyası” ilə üz-üzə gələcək.

Kişilərdən ibarət komandaların mübarizəsinə isə  oktyabrın 12-də start veriləcək. Həndbol həvəskarları ilk turda “Təhsil”- “Məhsul” və “Bakı” – “U-18” qarşılaşmalarını izləyə bilərlər. Görüşlər müvafiq olaraq, 17:00 və 19:00-da başlanacaq.

Qeyd edək ki, Azərbaycan çempionatının oyunları “ABU Arena”da keçiriləcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

İyun 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680