Həndbol üzrə Azərbaycan kubokunda yarımfinalçılar müəyyənləşib

Qadın həndbolçuların ölkə kuboku yarışında qrup mərhələsi arxada qalıb. Həftəsonu keçirilən oyunlarla turnirin yarımfinalçıları məlum olub.

Qrup liderliyi uğrunda mübarizə aparan  “Azərsu” və “Azəryol” komandalarının görüşü böyük maraqla gözlənilirdi. Gərgin mübarizə vəd edən oyunda nominal meydança sahiblərinin imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Görüş “Azərsu” komandasının 32:29 hesablı qələbəsi ilə yekunlaşıb.

Digər qarşılaşmalarda “Gənclər Birliyi” “İdman Akademiyası”na 30:39, “Qarabağ”a 21:42 hesabı ilə məğlub olub.

Beləliklə, iki qrupda aparılan mübarizənin nəticələrinə əsasən, yarımfinal mərhələsində “Azərsu” “İdman Akademiyası” ilə, “Qarabağ” isə, “Azəryol”la qarşılaşacaq.

Qeyd edək ki, yarımfinal görüşləri gələn ilin mart ayında keçiriləcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Dekabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 1
23568
9101112131415
16171819202122
23242526272829
3031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Bakı6501195-13410
2Məhsul6501176-13010
3Təhsil6114148-1833
4U-186015135-2071

Qadınlar

SıraKlubOQHMT-FXal
1Qarabağ7601230-18612
2Azəryol7601221-17112
3Azərsu7205200-2044
4İdman Akademiyası7007191-2810