Həndbol üzrə Azərbaycan kuboku turnirinə start verilib

“ABU” Arenada keçirilən Azərbaycan kuboku turnirində iştirakçılar əvvəlcə qrup mərhələsində qüvvələrini sınayırlar. Budəfəki yarışda 5 qadın, 4 kişi komandası qələbə uğrunda mübarizə aparır.

Qadınların turnirinin açılış matçında “Qarabağ” və “İdman Akademiyası” kollektivləri üz-üzə gəliblər. İmkanları daha yüksək qiymətləndirilən “Qarabağ” gözlənildiyi kimi görüşü qələbə ilə başa vurub – 37:25.

Kişi həndbolçuların yarışında isə ilk oyun günü iki qarşılaşma olub. “U-16” – “Məhsul” görüşündə nominal meydan sahiblərinin uduzacağı şübhə doğurmurdu. Daha təcrübəli rəqibin həmlələrinə tab gətirə bilməyən yeniyetmə həndbolçular  böyük hesablı məğlubiyyətlə barışıblar – 21:41.

Yarışın digər favoriti –  “Bakı” da turnirə qələbə ilə başlayıb. Paytaxtın eyni adlı komandasının “Təhsil” kollektivi ilə görüşü gərgin mübarizə ilə yadda qalıb. İmkanlardan daha səmərəli faydalanan “Bakı” 40:30 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, qrup mərhələsinə dekabrın 16-da yekun vurulacaq.

Azərbaycan kubokunun yarımfinal və final görüşləri isə gələn ilin mart ayında təşkil olunacaq.

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

İyul 2019
BE ÇA Ç CA C Ş B
« Apr    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

OYUN NƏTİCƏLƏRİ

TarixHadisələrZaman/NəticəMəkanMəqalə

XAL CƏDVƏLİ

KİŞİLƏR XI TUR

SıraKlubOQXal
1Bakı121020
2Məhsul121020
3Təhsil1248
4U-161200

YEKUN CƏDVƏL

SıraKlubOQXal
1Azərsu201836
2Azəryol201836
3Qarabağ201020
4İdman Akademiyası20613