Həndbol üzrə Azərbaycan çempionatında IV turun oyunları keçirilib

Günün ilk oyununda kişilərdən ibarət U-18 İdman Akademiyası və “Bakı” komandaları üz-üzə gəliblər. Gərgin və maraqlı mübarizə ilə yadda qalan görüş “Bakı”nın qələbəsi ilə nəticələnib – 27:22.

Kişilərin mübarizəsində “Gənclər Birliyi” – “Məhsul” görüşü də maraqlı idman mübarizəsi şəraitində keçib. İlk hissəni 13-12 hesablı üstünlüklə bitirən “Məhsul” üstünlüyü sonadək qoruya bilməyib. Fasilədən sonra vəziyyəti dəyişməyi bacaran “Gənclər Birliyi” 28-24 hesabı ilə qalib gəlib.

U-16 – “Təhsil” qarşılaşmasında nominal qonaqların imkanlarını yüksək qiymətləndirənlər yanılmayıblar. Rəqibin ciddi müqavimətinə baxmayaraq oyun “Təhsil”in qələbəsi ilə yekunlaşıb – 35:33.

Kişilərdən ibarət komandaların çempionatında 8 xalla “Bakı” liderlik edir. U-18 İdman Akademiyası və “Təhsil”in hərəyə 5 xalı var. U-16 3 xalla 4-cüdür. “Gənclər Birliyi”nin 2, “Məhsul”un 1 xalı var.

Qadın həndbolçuların yarışında iki qarşılaşma olub. “Azərsu” –  “Qarabağ” matçının ilk hissəsindən təşəbbüsə yiyələnən “Qarabağ” fasiləyədək əldə etdiyi üstünlüyü ikinci hissədə daha da möhkəmləndirərək inamlı qələbə çalıb – 36:10

“İdman Akademiyası” – “Azəryol” görüşündə də nominal qonaqlar etimadı doğruldublar. “Azəryol”un tam üstünlüyü şəraitində keçən oyun 18-43 hesabı ilə başa çatıb.

Qadınların mübarizəsində 3 oyundan 6 xalla “Azəryol” liderdir. “Qarabağ” 4 xalla ikincidir. “İdman Akademiyası” ilə “Azərsu”nun hərəyə 1 xalı var.

Çempionatın aprelin 9-da keçiriləcək növbəti turunda “Məhsul” – “Bakı”, “Qarabağ” – “İdman Akademiyası”, U-18 İdman Akademiyası – “Təhsil”, “Azərsu” – “Azəryol” və “Gənclər Birliyi”  – U-16 oyunları olacaq.

Şərh əlavə et

Click here to post a comment

two × four =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524