Həndbol hakimlərimiz yeni təyinat alıblar

Həndbol həvəskarlarının diqqəti bu günlərdə Avropa Həndbol Federasiyasının kuboku uğrunda oyunlardadır.

Kişi həndbolçuların Avropa kuboku yarışında maraqlı görüşlərdən biri Türkiyənin “Beykos” və Rusiyanın “Krasnodar” komandaları arasında olub. Türkiyədə keçirilən ilk oyunda qonaqlar 1 xal fərqi ilə qalib gəliblər. 30-29. Rəqiblərin cavab matçı oktyabrın 23-də Rusiyada olacaq. Krasnodarda keçiriləcək görüşü Azərbaycan hakimləri idarə edəcəklər. Bu qarşılaşmada ədaləti təmsil etmək Ernest və Emil Ağakişi qardaşlarına həvalə olunub.

Referilərimiz oktyabrın 24-də daha bir qitə miqyaslı qarşılaşmanı da idarə edəcəklər. Qadın həndbolçuların Avropa Liqası turnirinin ikinci mərhələsinin “Kuban” – “Sola” görüşündə də söz sahibi Emil və Ernest Ağakişi olacaq.  İlk oyun Norveç klubunun 37-33 hesablı qələbəsi ilə nəticələnib. Təcrübəli referilər beynəlxalq federasiyanın göstərdiyi növbəti etimadı da layiqincə doğrultmaq əzmindədirlər.

Qeyd edək ki, Azərbaycan həndbol hakimləri və hakim inspektorları mütəmadi olaraq beynəlxalq yarışlara dəvət alırlar.

Şərh əlavə et

Click here to post a comment

8 + six =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680