Həndbol hakimlərimiz Çempionlar Liqasında

Beynəlxalq dərəcəli həndbol hakimlərimiz ölkəmizi daha bir nüfuzlu yarışda təmsil edəcəklər. Söhbət qadın həndbolçuların Çempionlar Liqası turnirindən gedir. Referilər Ernest və Emil Ağakişi Rusiyanın SSKA və Xorvatiyanın “Podravka Vegeta” komandalarının görüşünə təyinat alıblar. Onlar “B” qrupunun Moskvanın “Dinamo” arenasında təşkil olunacaq oyunlarında ədaləti qoruyacaqlar. İlk qarşılaşma yanvarın 31-nə, cavab matçı isə fevralın ilk gününə təyin olunub. Referilərimiz hər iki oyunda komandaları meydançaya çıxaracaqlar.

Qeyd edək ki, bu görüşlər ötən ilin noyabr ayında keçirilməli idi. Amma, Podravka Vegeta“nın həndbolçularından birində koronavirus aşkarlandığına görə oyunlar təxirə salınmışdı.

Rusiya paytaxtında keçiriləcək görüşlərdə ev sahibi favorit sayılır. 10 oyundan 17 xal toplayan SSKA 11 xalla yarış cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

Xatırladaq ki, bu, Ernest və Emil Ağakişi qardaşlarının Avropa Həndbol Federasiyasının bayrağı altında keçirilən turnirlərə ilk təyinatı deyil. Sözügedən həndbol hakimlərimizin yetirincə beynəlxalq təcrübəsi var.

 

Şərh əlavə et

Click here to post a comment

eleven − four =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Avqust 2022
BE ÇA Ç CA C Ş B
« Fev    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524