Gənc həndbolçularımız Olimpiya festivalına hazırlaşırlar

İyul ayının 21-də start veriləcək Avropa Gənclərinin Yay Olimpiya Festivalı böyük həyəcan və səbirsizliklə gözlənilir. Yarışın proqramına daxil edilən idman növlərindən biri də həndboldur. Azərbaycan bu idman növü üzrə həm oğlanların, həm də qızların turnirində təmsil olunacaq. Hər iki komandamız festivala ciddi hazırlaşır. Funksional və taktiki hazırlığın yüksək nöqtəsinə çatmağı hədəfləyən həndbolçularımız proqrama uyğun olaraq ölkədaxili və xarici təlim-məşq toplanışları, həmçinin müxtəlif turnirlərdə qüvvələrini sınayırlar ki, bu da təcrübə baxımından böyük əhəmiyyət daşıyır.

Xatırladaqki, Avropa Gənclərinin Yay Olimpiya Festivalı iyulun 21-dən 28-dək Bakıda keçiriləcək.