Favoritlərin növbəti qələbəsi

Kişi həndbolçuların respublika çempionatında mübarizə davam edir. Yarışın 6-cı turu favoritlərin qələbəsi ilə yadda qalıb. Son ölkə çempionu “Məhsul”  autsayder U-18 komandası ilə görüşdə ciddi müqavimətlə üzləşməyib. Rəqibi bütün göstəricilərdə üstələyən “Məhsul” 32:22 hesabı ilə qalib gəlib.

“Bakı” – “Təhsil” matçında isə  nominal ev sahibinin imkanları daha yüksək qiymətləndirilirdi. Çempionluq uğrunda mübarizə aparan “Bakı”, xal ehtiyatını artırmaq fürsətini qaçırmayıb. Təcrübəli rəqibin kəskin hücumlarını dəf etməkdə çətinlik çəkən “Təhsil” həndbolçuları növbəti məğlubiyətlə barışmalı olublar – 30:18.

Bu qələbə ilə xal sayını 10-a çatdıran “Bakı” yarış cədvəlinə başçılıq edir. Eyni xala malik “Məhsul” ikinci pillədə qərarlaşıb. 3 xalı olan “Təhsil” 3-cü yerin sahibidir. Autsayder U-18-in aktivində isə 1 xal var.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680