Favoritlərin mübarizəsindən “Məhsul” qalib ayrıldı

Kişi həndbolçuların ölkə çempionatında 9-cu turun qarşılaşmaları olub.

“ABU Arena”da keçirilən yarışın növbəti oyun günündə diqqətlər favoritlərin görüşünə yönəlib.

Bu turadək hərəyə 14 xalla çempionata şərikli liderlik edən “Məhsul” və “Bakı” komandalarının qarşılaşması gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Qapılara ümumilikdə 51 qolun vurulduğu oyunda fürsətlərdən daha layiqincə faydalanan “Məhsul” azarkeşlərinin ümidlərini doğruldub. Nominal meydança sahibi  çempionluq yolunda əsas rəqibini 28:23 hesabı ilə üstələyib.

“Təhsil” –“ U-16” görüşündə isə  birincilər asan qələbəyə seviniblər – 35:19.

Prinsipial qarşılaşmanı qələbə ilə başa vuran “Məhsul” 16 xalla çempionatın artıq vahid lideridir. Bu turdakı məğlubiyyətdən sonra izləyiciyə çevrilən “Bakı”nın aktivində 14 xal var. Hələ ki qələbə sevinci dadmayan “U-16” üzərində qələbə ilə xal ehtiyyatını 6-ya çatdıran “Təhsil” 3-cü pillədədir.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

İyul 2019
BE ÇA Ç CA C Ş B
« Apr    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

OYUN NƏTİCƏLƏRİ

TarixHadisələrZaman/NəticəMəkanMəqalə

XAL CƏDVƏLİ

KİŞİLƏR XI TUR

SıraKlubOQXal
1Bakı121020
2Məhsul121020
3Təhsil1248
4U-161200

YEKUN CƏDVƏL

SıraKlubOQXal
1Azərsu201836
2Azəryol201836
3Qarabağ201020
4İdman Akademiyası20613