Bakıda keçirilən beynəlxalq turnirin qalibi müəyyənləşdi

ABU Arenada Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan ənənəvi həndbol turnirinə yekun vurulub.
Beynəlxalq yarışın son turunun görüşləri də maraqlı mübarizə ilə yadda qalıb. Azərbaycan və Gürcüstanın 24 yaşadək həndbolçulardan ibarət komandalarının qarşılaşması 27-33, əsas millimizlə İraq seçməsinin görüşü isə 21-39 hesabı ilə başa çatıb. Son turun oyunlarında U-24 seçməmizlə əsas millimizin qarşılaşması daha böyük maraq doğurub. Gərgin mübarizə şəraitində keçən oyunda gənc həndbolçular 39-34 hesabı ilə qələbə qazanıblar. İraq komandası isə Gürcüstanın U-24 komandasına aman verməyib – 41:20.
Beləliklə, rəqiblərindən daha üstün çıxış edən İraq seçməsi xatirə turnirinin qalibi adına layiq görülüb. Gürcüstan komandası 2-ci, Azərbaycanın gənc həndbolçuları 3-cü, əsas millimiz isə 4-cü yeri tutub.
Bağlanış mərasimində qalibləri təbrik edən Azərbaycan Həndbol Federasiyasının vitse-prezidenti Orxan Abbasov dəvəti müsbət qarşıladıqlarına və maraqlı mübarizəyə görə yarış iştirakçılarına minnətdarlığını bildirib. Bu cür yarışların əhəmiyyətini yüksək qiymətləndirən federasiya rəsmisi növbəti turnirlərdə komandaların sayının daha da artırılacağını vurğulayıb.
Baş mükafata sahib çıxan İraq komandasının üzvlərinə, həmçinin fərqlənən digər həndbolçulara kubok, diplom və xatirə hədiyyələri təqdim olunub.
Xatırladaq ki, 3 gün davam edən yarışda 3 ölkənin kişilərdən ibarət komandaları mübarizə aparırdı.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

OYUN TƏQVİMİ

İyul 2019
BE ÇA Ç CA C Ş B
« Apr    
1234567
891011121314
15161718192021
22232425262728
293031  

OYUN NƏTİCƏLƏRİ

TarixHadisələrZaman/NəticəMəkanMəqalə

XAL CƏDVƏLİ

KİŞİLƏR XI TUR

SıraKlubOQXal
1Bakı121020
2Məhsul121020
3Təhsil1248
4U-161200

YEKUN CƏDVƏL

SıraKlubOQXal
1Azərsu201836
2Azəryol201836
3Qarabağ201020
4İdman Akademiyası20613