Bakıda həndbol üzrə seminar keçirilib

Mayın 25-də Azərbaycan Həndbol Federasiyasının hakim vəzifəsinə namizədlərin seçilməsi üçün təşkil etdiyi seminar işə başlayıb.

İki gün davam edəcək seminar beynəlxalq dərəcəli hakimlərimiz İsgəndər Əsgərov, Ələkbər Ağakişiyev, Vaqif Əliyev və Ernest Ağakişi tərəfindən aparılıb.

Seminar iştirakçılarına Beynəlxalq Həndbol Federasiyasının “Oyun Qaydaları”ndakı son dəyişikliklərlə bağlı məlumat verilib və onları maraqlandıran suallar cavablandırılıb. Bununla yanaşı, çimərlik həndbolu ilə tanışlıq, həmin idman növünün hazırkı vəziyyəti ilə bağlı fikir mübadiləsi aparılıb. Seminar zamanı yeni qaydalar həm nəzəri, həm də praktiki olaraq iştirakçıların diqqətinə çatdırılıb.

Bədən Tərbiyəsi və İdman Akademiyasında keçirilən  seminarda 30-a yaxın namizəd iştirak edib.

Sonda seminar iştirakçıları onlar üçün hazırlanmış test imtahanında iştirak edəcəklər. Seminarı uğurla başa vuran namizədlərə AHF tərəfindən  sertifikatlar təqdim olunacaq.

Qeyd edək ki, yeni qaydalar daxili yarışlarda iyulun 22-dən etibarən tətbiq ediləcək.

 

Şərh əlavə et

Click here to post a comment

one × five =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2020
BE ÇA Ç CA C Ş B
« Dek    
 12
346789
10111213141516
17181920212223
242526272829  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524