Bakıda beynəlxalq həndbol turnirinə start verilib

Paytaxtımız bu günlər daha bir beynəlxalq yarışa ev sahibliyi edir. Söhbət Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən həndbol turnirindən gedir.

Yarışın təşkilatçıları əvvəlcə fəxri xiyabana yollanıblar. Azərbaycan, Gürcüstan və İraq həndbol federasiyalarının nümayəndələri, ulu öndər Heydər Əliyevin xatirəsini dərin hörmətlə yad edərək, məzarı önünə gül dəstələri qoyublar.

ABU Arenada keçirilən beynəlxalq turnirdə 4 komanda mübarizə aparır. Azərbaycan bu yarışda iki kollektivlə təmsil olunur. Kişilərdən ibarət əsas milli ilə yanaşı, 24 yaşadək həndbolçulardan ibarət seçməmiz də ənənəvi turnirdə bacarığını göstərir. İraq da yarışa əsas milli ilə qatılıb. Gürcüstanın isə U-24 komandası xatirə turnirinin iştirakçıları sırasındadır.

Yarışın ilk günündə keçirilən oyunlar gərgin və maraqlı mübarizə ilə yadda qalıb. İraq seçməsi ilə U-24 komandamızın görüşündə qonaqlar qələbə qazanıblar – 36:19. Əsas millimizlə Gürcüstanın U-24 seçməsinin görüşü isə, 26:28 hesabı ilə başa çatıb.

Qeyd edək ki, beynəlxalq turnirin qalib və mükafatçıları mayın 10-da müəyyənləşəcək.

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Noyabr 2019
BE ÇA Ç CA C Ş B
« Okt    
 123
45678910
11121314151617
18192021222324
252627282930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Bakı1100-2
1Məhsul1100-2
3Təhsil1001-0
3U-181001-0

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol1100-2
1Qarabağ1100-2
3Azərsu1001-0
3İdman Akademiyası1001-0