“Bakı 2019” XV Avropa Gənclər Olimpiya Festivalında həndbol yarışlarına start verilib

“ABU Arena” və Bakı İdman Sarayında keçirilən yarışlara həm oğlanlardan, həm də qızlardan ibarət komandalar qatılıblar. Hər iki turnirdə 8 kollektiv iki qrupda mübarizə aparır.

Qadınların yarışının A qrupunda İspaniya, Fransa, Hollandiya və Rumıniya, B qrupunda Azərbaycan, Çexiya, Macarıstan və İsveçrə seçmələri yer alıblar.

Oğlanların yarışında isə Azərbaycan, Danimarka, Almaniya və Serbiya milliləri A qrupunda, Xorvatiya, Fransa, İslandiya, Sloveniya komandaları B qrupunda mübarizə aparırlar.

İlk yarış günündə qızların turnirində keçirilən oyunlar belə nəticələnib:

Hollandiya – Fransa 31:27

Rumıniya – İspaniya 26:26

Azərbaycan – İsveçrə 16:34

Macarıstan – Çexiya 30:22.

Oğlanlarından ibarət komandaların ilk oyun günündə isə nəticələr belədir:

Azərbaycan – Almaniya 9:45

Danimarka – Serbiya 29:16

İslandiya – Fransa 37:31

Xorvatiya – Sloveniya 24:24

Qeyd edək ki, Olimpiya festivalının həndbol yarışlarına iyulun 27-də yekun vurulacaq.

 

 

 

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

İyun 2020
BE ÇA Ç CA C Ş B
« Fev    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680