“Azəryol”la “Qarabağ”ın çempionluq mübarizəsi davam edir

Qadın həndbolçuların Azərbaycan çempionatında fasilə başa çatıb. 13-cü turun açılış matçında “Azərsu” və  “Azəryol” komandaları üz-üzə gəliblər. Oyun gözlənildiyi kimi gərgin və maraqlı mübarizə ilə yadda qalıb. Çempionatın lideri “Azəryol” bu görüşdən də qalib ayrılmaq niyyətində idi. “Azərsu” həndbolçuları çox çalışsalar da, rəqibin istəyinə mane ola bilməyiblər. Daha yüksək əzmkarlıq göstərən “Azəryol” 35:33 hesabı ilə qələbə qazanıb.

Günün digər qarşılaşmasında “Qarabağ” “İdman Akademiyası” komandasını qəbul edib. Çempionluq uğrunda mübarizə aparan nominal ev sahibi autsayderlə oyunda elə də çətinlik çəkməyib. Bu, tablodakı yekun hesabda da təsdiqini tapıb – 36:28.

Növbəti qələbə ilə xal ehtiyatını 24-ə çatdıran “Azəryol” çempionatın vahid lideridir. “Qarabağ” ondan 2 xal geri qalır. 3-cü pillədəki “Azərsu”nun 6 xalı var. “İdman Akademiyası” komandasının aktivində  hələ də xal yoxdur.

Qeyd edək ki, martın 7-də kişi həndbolçuların ölkə çempionatında 13-cü turun oyunları olacaq. Həmin gün “Təhsil” “Məhsul”la, “Bakı” isə U-18-lə qarşılaşacaq.

Şərh əlavə et

Click here to post a comment

1 + 12 =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

Fevral 2021
BE ÇA Ç CA C Ş B
« Fev    
1234567
891011121314
15161718192021
22232425262728

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Məhsul9801281-20816
2Bakı9702287-20114
3Təhsil9216222-2755
4U-189118204-3101

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol9801296-22616
2Qarabağ9702291-25414
3Azərsu9306277-2786
4İdman Akademiyası9009256-3680