“Azəryol”la “Bakı” çempionluğu rəsmiləşdirdi

Həndbol üzrə ölkə çempionatında qadınlardan ibarət komandaların yarışına yekun vurulub. Çempionatın əsas favoriti sayılan “Azəryol” son turda da azarkeşlərini inamlı qələbə ilə sevindirib. “İdman Akademiyası” ilə oyunun ilk hissəsindən təşəbbüsə yiyələnən “Azəryol” görüşü 42:19 hesabı ilə başa vuraraq növbəti çempionluğu rəsmiləşdirib.
Son turadək qızıl medallara nəzəri imkanlarını qoruyan “Qarabağ” “Azərsu” ilə oyunda öz üzərinə düşən vəzifənin öhdəsindən gəlsə də, 33:20 hesablı qələbə ilə yalnız ikinci yerlə kifayətlənməli olub. 2 xala malik “İdman Akademiyası” ilə “Azərsu” vurulan və buraxılan topların fərqinə əsasən müvafiq olaraq sonrakı yerləri bölüşüb.
Kişilərdən ibarət komandaların yarışında da qızıl medalların sahibi müəyyənləşib. 9-cu turda “U-18” komandasına 31:24 hesabı ilə qalib gələn “Bakı” son oyunların nəticəsindən asılı olmayaraq pərəstişkarlarına çempionluq sevinci yaşadıb. Bu tura qədər çempionluq imkanlarını qoruyan “Təhsil” “U-16” üzərindəki 26:25 hesablı qələbə ilə yalnız gümüş medallarla kifayətlənməli olacaq.
“Məhsul” – “Gənclər Birliyi” görüşünü 31-25 hesablı qələbə ilə başa vuran nominal ev sahibi aktivinə 7-ci xalı yazdırıb.
Qeyd edək ki, bürünc mükafatçının adına aydınlıq gətirəcək 10-cu turda “Bakı” “Məhsul” ilə, “Təhsil” U-18 İdman Akademiyası ilə, U-16 “Gənclər Birliyi” ilə qarşılaşacaq.

 

Şərh əlavə et

Click here to post a comment

3 × 1 =

NÖVBƏTİ OYUN

BİZİ İZLƏYİN

Təqvim

İyun 2022
BE ÇA Ç CA C Ş B
« Fev    
 12345
6789101112
13141516171819
20212223242526
27282930  

Xal cədvəli

Kişilər

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524

Qadınlar

SıraKlubOQHMT-FXal
1Azəryol25210422842
2Azərsu23170617634
3Məhsul20160411932
4Bakı19150421330
5Qarabağ21120912524